Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-10-2026 , 11:23

198

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Etiraf edək ki, hazırda ölkə bələdiyyələrinin üzləşdiyi bir sıra ciddi problemlər mövcuddur. Həmin problemlərin bəziləri mərhələli şəkildə öz həllini tapmaqdadır. Administrasiyanın müvafiq sektorunun dəstəyi , bilavasitə ABMA və  “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bələdiyyələrin Vahid İnformasiya Sisteminin fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməsi yerli vergilərin yığımının artmasına müsbət təsir göstərməkdədir. Məhz bu fəaliyyətin nəticəsidir ki, ötən il 685 bələdiyyə üzrə yerli vergilərin yığımında ümumilikdə 26,5 faizlik artım müşahidə olunub. Cari ildə Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yenilənməsi və təkmilləşdirilməsi, eləcə də müəyyən inteqrasiya proseslərinin həyata keçirilməsi nəticəsində bu artımın daha yüksək olacağı gözlənilir.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin müvafiq qurumları, habelə Milli Məclisin Regional məsələlər komitəsi də bələdiyyələrin problemlərinin həllinə öz töhfələrini verməkdədirlər.

Bununla belə, həyata keçirilən çoxsaylı layihələr bələdiyyələrin üzləşdikləri problemlərin azalmasına müəyyən dərəcədə təsir göstərsə də, həmin problemlərin tam həllinə hələ ki, imkan verməyib.

***

Onu da açıq etiraf edək ki, bələdiyyələrin problemlərinin kökündə bir sıra mühüm məsələlərin həlli  dayanır. Bunlara bələdiyyələrə xəritələrin indiyədək təqdim edilməməsi, bələdiyyələrin qəbul etdiyi sənədlərin bir sıra dövlət orqanları tərəfindən tanınmaması, sənədsiz əmlakın sənədləşdirilməsi prosesində süründürməçiliyin hələ də davam etməsi, bələdiyyələrə “dürüstləşdirmə” və “qiymətləndirmə” ilə bağlı  problemin  yaradılması, bələdiyyələrə göstərilən xidmət tariflərinin dəfələrlə artırılması, eləcə də bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi zamanı müvafiq dövlət orqanları tərəfindən süni maneələrin yaradılması daxildir. Əslində bu siyahını bir qədərdə genişləndirmək olar. Lakin biz bələdiyyələri ciddi şəkildə narahat edən problemləri xatırlatdıq. Ancaq bununla yanaşı, bəzi bələdiyyə sədrlərinin öz fəaliyyətlərində yol verdikləri nöqsanlar da göz önündədir.  Necə olur ki, Bakı şəhərində fəaliyyət göstərən 45 bələdiyyədən 37-də büdcə daxilolmalarında irəliləyiş müşahidə edilir, digər 8 bələdiyyədə isə bu, hiss olunmur? Nə isə...

***

Qeyd etməliyəm ki, bir çox hallarda bəzi rayon icra hakimiyyətlərinin (RİH) nümayəndələri bələdiyyələrin fəaliyyətinə problemlər yaratsalar da, son günlərdə vəzifəyə təyin olunan rəhbərlərin bələdiyyələrə münasibətində müsbət dəyişikliklər müşahidə edilməkdədir.

Bu baxımdan, Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudovun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında  Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərovun iştirakı ilə bələdiyyə sədrlərinin birgə görüşünün təşkili təqdirəlayiq addımdır.

Həmin görüşdə diqqətimi çəkən əsas məqamlar tədbirin RİH tərəfindən təşkil edilməsi, bələdiyyə sədrlərini narahat edən məsələlərin açıq şəkildə aidiyyəti qurumun nümayəndəsinə çatdırılması, publik hüquqi şəxsin rəsmisi tərəfindəndə də ən əsası, səmimi mühitin yaradılması idi. İnanmaq istərdim ki, bu görüşün həm icra hakmiyyəti, həm də bələdiyyələr üçün  bir nəticəsi olacaq.  Hər halda, Quba RİH başçısı bu addımı ilə digər rayon rəhbərlərinə nümunə oldu.

Yeni təyinat alan Gədəbəy və Qaradağ rayon icra hakimiyyətlərinin başçılarının bələdiyyə sədrləri ilə görüşlər təşkil etmələri, seçkili orqanların fəaliyyəti ilə yaxından tanış olmaları, onların inzibati binalarını ziyarət etmələri və görüşlər zamanı bələdiyyə sədrləri ilə bərabərhüquqlu tərəf kimi ünsiyyət qurmaları, bütün hallarda, az rast gəlinən müsbət təcrübədir. Hər iki rəhbərin bu addımları alqışa layiqdir.

Gədəbəy RİH başçısı Hacıbaba Babayevi yaxından tanıdığımdan inanıram ki, zəngin idarəçilik təcrübəsinə malik olan rəhbər kimi rayonda fəaliyyət göstərən bələdiyyələrin DSMF-yə olan borclarının silinməsi ilə bağlı da ciddi təklif və tövsiyələrlə çıxış edəcək, bu problemin həlli istiqamətində səylər göstərəcəkdir.

Xatırladım ki, Gədəbəy rayonunda fəaliyyət göstərən 10 bələdiyyədən 8-nin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ümumilikdə 527.600 manat borcu var. Hazırda yalnız Gədəbəy və Slavyanka bələdiyyələrinin bank hesabları açıqdır. Hələki yalnız bu iki bələdiyyənin fəaliyyəti təcrübəsi yayıla biləcək səviyyədədir.

Göründüyü kimi, borcun məbləği kifayət qədər yüksəkdir və onun müəyyən hissəsini faizlər təşkil edir. Vaxtilə seçilmiş bələdiyyə sədrlərinin öz işlərinə məsuliyyətsiz yanaşmaları nəticəsində borcun bu həddə çatması da danılmazdır.

Qaradağ RİH başçısı Natiq Əliyevin bələdiyyə sədrləri ilə səmimi münasibətlər qurması barədə də müsbət fikirlər səslənir. Hər halda, Sahil, Qobustan və Ələt bələdiyyələrində kollektivin formalaşdırılması, əhali ilə sıx təmasların yaradılması və bələdiyyə üzvlərində işə həvəsin artırılması, yəqin ki, rayon rəhbərinin də diqqətindən yayınmayıb.

Bununla yanaşı, Müşfiqabad bələdiyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayında büdcə gəlirlərini 29.1 faiz  artırmağa nail olub. Lakin əvvəlki illərdən yığılıb qalmış DSMF borcu bu gün bələdiyyəni faktiki olaraq fəaliyyətsiz vəziyyətə salıb. Siyasi rəhbərin bu gün atdığı addımlar yaxın gələcəkdə rayonun digər  bələdiyyələrində hökm sürən “ətalətin” aradan qaldırılmasına öz dəstəyini göstərəcəyinə ümidliyəm.

İnanıram ki, yeni təyinat alan hər iki rayon rəhbəri öz fəaliyyətləri ilə rayonda fəaliyyət göstərən bələdiyyələrin inkişafına və mövcud problemlərinin həllinə mühüm töhfələr verəcəklər.

***

Son olaraq qeyd edim ki, bələdiyyələrə qarşı daim neqativ münasibət sərgiləyən, onların fəaliyyətinə dəstək vermək əvəzinə, problemlərinin üzərinə yeni problemlər gətirən siyasi rəhbərləri dəfələrlə ciddi şəkildə tənqid etmişik.

Düşünürəm ki, bu gün bəzi rayon icra hakimiyyətlərində bələdiyyələrə münasibətin dəyişməsi həmin qurumların üzləşdiyi problemlərin həllinə də öz töhfəsini verəcəkdir.

Gözləyək...

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
197

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1127

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
710

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
388

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
953